Respublikamızda mövcud olan yerli, az məhsuldar qaramal cinslərinin məhsuldarlıq göstəricilərinin artırılması və cins tərkibinin yaxşılaşdırılması üçün biotexnoloji üsullardan istifadə etmək məqsədəuyğun hesab edilir. Bu məqsədlə 2016-cı ildən başlayaraq Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən şəxsi heyvandarlıq təsərrüfatında elmi tədqiqat işi aparılır. Tədqiqat işinin mədsədi yerli az məhsuldar inəkləri, yüksək məhsuldar Simmental cinsli buğaların toxumları ilə süni yolla mayalayaraq respublikanın təbii iqlim şəraitinə yaxşı uyğunlaşan, tez yetişən, yüksək məhsuldar, xəstəliklərə davamlı, yemləmədən səmərəli istifadə edən Azərbaycan Simmental cinsi yaratmaqdır. Tədqiqat işi müddətində F1, F2 və F3 nəsil mələz heyvanlar alınmışdır. Həmin heyvanlar təbii iqlim şəraitinə dözümlü və yüksək məhsuldardırlar. Hal-hazırda F3 nəsil mələz düyələr Mübariz Əliyev tərəfindən süni mayalandırma ilə mayalandırılmışdır. Gələcəkdə F4, yəni 4-cü nəsil balaların – Azərbaycanın yerli Simmental cinsinin alınması planlaşdırılır.
“Simmental cinsli buğaların toxumlarından istifadə edərək alınmış F3 nəsil yeni tip mələzlərdə seleksiya damazlıq işlərinin aparılması, qiymətləndirilməsi və nəticələrinin təhlili” məqsədi ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri təsərrüfatda olmuş, yeni doğulan F2 və F3 buzovların və F3 nəsil mələz düyələrin bədən ölçülərini götürmüş, fenotipik xüsusiyyətlərini öyrənmişlər. Təsərrüfatda olan heyvanların damazlıq-seleksiya işlərinin aparılmasına nəzarət etmiş və qiymətləndirmə aparmışlar. Hal-hazırda elmi tədqiqat işi davam etdirilir.