“Orqanik və dayanıqlı kənd təsərrüfatı - Ekoloji trazlıq və davamlı inkişaf" I Respublika Elmi Konfransı keçirilib.

“Orqanik və dayanıqlı kənd təsərrüfatı - Ekoloji trazlıq və davamlı inkişaf" I Respublika Elmi Konfransı keçirilib.
4-5 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində “Orqanik və dayanıqlı kənd təsərrüfatı - Ekoloji trazlıq və davamlı inkişaf" I Respublika Elmi Konfransı keçirilib. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Aidə Əsgərova da konfransda çıxış edib. Konfrans mövzuları qlobal miqyasda orqanik məhsullara artan istehlak tələbini, daha sağlam və davamlı həyat tərzinə keçidi əhatə edir. Eyni zamanda respublikamızın müxtəlif regionlarına və bölgələrinə uyğunlaşdırıla bilən təcrübələrin təşviq edilməsində orqanik kənd təsərrüfatının rolunu vurğulayır.