18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.
2025-ci il mayın 13-dən 16-dək kənd təsərrüfatı və qida sənayesi sahəsində ən böyük sərgisi — 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutdu. Sərgi Bakı Ekspo Mərkəzində keçirildi.
Eyni məkanda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – InterFood Azerbaijan da bu tədbirə paralel olaraq təşkil olundu. Hər iki sərgi artıq milli brendə çevrilmişdir və Caspian Event Organisers, Caspian Event Management və ICA Events şirkətlərinin tərəfdaşlığı ilə təşkil edilmişdir.
Sərgilərin əhəmiyyətini göstərən əsas məqamlardan biri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Caspian Agro və InterFood Azerbaijan sərgilərinə rəsmi ziyarəti oldu. Dövlət başçısı Bakı Ekspo Mərkəzindəki bir çox pavilyon və ekspozisiyalarla tanış oldu.
Caspian Agro, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirildi. Tədbirdə kənd təsərrüfatı sahəsinin aparıcı yerli və beynəlxalq iştirakçıları, idxalçılar və ixracatçılar, məhsul distribütorları, topdansatış və pərakəndə ticarətçilər, eləcə də fermerlər bir araya gəldi. Məqsəd təcrübə və bilik mübadiləsi aparmaq, innovasiyaları paylaşmaq idi.
Təşkilatçılar tərəfindən qeyd edildiyinə görə, bu il sərgilər 4 gün ərzində keçirildi ki, bu da iştirakçılar və ziyarətçilər arasında daha geniş və dərin qarşılıqlı əlaqəyə şərait yaratdı.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.
Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.
Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutları, o cümlədən Heyvandarlıq Elmi Tədqiqat İnstitutuda öz stendi ilə Caspian Agro 2025 sərgisində iştirak etmişdir.

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro baş tutub.