
Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Tovuz Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi arasında anlaşma memorandumu imzalanıb. Belə ki, memoranduma əsasən Kollecin Baytarlıq ixtisası üzrə təhsil alan tələbələrinin İnstitutun bazasında istehsalat təlimi və təcrübəsini keçmələrinə şəraitin yaradılması, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların araşdırılması ilə bağlı müəssisənin təcrübəli kadrlarından və laboratoriyalarından yararlanılması, istehsal sahələrində istehsalatla bağlı texnoloji proseslərin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərin aparılması, habelə gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur.









