Kənd Təsərtüfatı Nazirliyin və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə 25 aprel 2025-ci il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Heyvandarlıqda dayanıqlı inkişaf, innovasiyalar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Kənd Təsərrüfatı Naziliyinin nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbələri, aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri, fermer və sahibkarlar, o cümlədən heyvandarlıq mütəxəssisləri və baytar-həkimlər iştirak edib.
İlk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra açılış üçün söz Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyevə verilib. Mahir Hacıyev qonaqları və konfrans iştirakçılarını salamlayıb, konfransın məqsədi və əhəmiyyəti barədə danışıb. Heyvandarlıq sahəsində mövcud vəziyyət, problemlər və onların həll yollarından bəhs edib.
Sonra söz Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərova verilib. İbrahim Cəfərov “Ərzaq təhlükəsizliyinin təminatında bitki mühafizəsinin rolu” barədə geniş məruzə ilə çıxış edib. O, bildirib ki, bu istiqamətdə inkişafa nail olmaq üçün heyvandarlıq və bitkiçilik sahəsində çalışan elm adamları və mütəxəssislər birgə çalışmalıdır.
Kənd Təsərrüfatı Nazirliyinin “Elm, təhsil və insan resursları” şöbəsinin müdir müavini, sektor müdiri Emin Əliyev də nitqi zamanı heyvandarlığın mövcud vəziyyəti, Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdəki mövqeyi, dövlət dəstəyi və gələcək perspektivlərdən danışıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsi, “Zootexniki xidmətlər” sektorunun müdiri Tərlan Əsgərov çıxış edib. Tərlan Əskərov aqrar sahənin inkişafında gənclərin rolu, mütəxəssis hazırlığı, kadrr potensialı barədə danışıb. Bu istiqamətdə bütün əlaqədar sahələrin bigə fəaliyyətinin önəmini vurğulayıb.
Sonra Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi” fakültəsinin dekanı Mehman İsmayılov, Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti” fakültəsinin dekanı Şəlalə Zeynalova, CARCAS Mərkəzinin “Müşahidə Şurası”nın üzvü Zaur Rəsulov, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi Sevinc Məmmədova, VetAgro şirkəti satış və marketinq şöbəsinin direktoru Qamət Əliyev, Xəzər Universitetinin müəllimi Vüsal Abbasov, ARETN Zoologiya İnstitutu Mingəçevir Elmi-təcrübə bazasının əməkdaşı Hicran İsgəndərova və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun “Biotexnologiya, genetik tədqiqatlar və embrion transferi” laboratoriyasının müdiri Rəşad Məhərrəmov çıxışları zamanı ərzaq təhlükəsizliyi, insan kapitalı, ixrac imkanları, subsidiyalaşma, heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq, ekologiya və iqlim dəyişikliyi, biznes və aqrar əməkdaşlıq, praktiki tətbiq platformaları, aqrar sahənin PR-ı, innovasiyaların tətbiqi, mütərəqqi texnologiyalar və genetik tədqiqatlar barədə ətraflı məlumat veriblər.
Konfrans geniş diskussiya şəraitində davam edib.
Sonda konfransın məruzəçiləri təşəkkürnamə ilə təltif ediliblər.