
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları Samir Mahmudov və institutun “Arıçılıq Təcrübə Stansiyası”nın əməkdaşı Musa Məmmədovun müəllifləri olduqları “Şərabçılıqda təbii bal və digər arı məhsullarından istifadə texnologiyaları” adlı məqaləsi, eyni zamanda Samir Mahmudov və “Arıçılıq Təcrübə Stansiyası”nın əməkdaşı Sevda Sadıxovanın müəllifləri olduqları “Fermentasiya proseslərinin arı çörəyinin, bal şərabının və bal sirkəsinin bioaktiv profilinə və sağlamlıq xassələrinə təsiri” adlı məqaləsi Rusiya Federasiyasının “ELM BÜLTENİ” beynəlxalq elmi jurnalında dərc edilib.



