HETİ və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.

HETİ və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.
Azərbaycan Respubikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.
Görüşdə “Inpro” şirkətinin icraçı direktoru Seung Hyeok Choi, AFACI-nin layihə koordinatoru Jiwon Park, AFACI-nin baş katibinin böyük müavini Kuk-Hwan, Koreya Respublikası Səfirliyinin mütəxəssisi Toğrul Yasinli, eləcə də Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Göygöl Rayon İcra hakimiyyəti Başçısının müavini Arzu Qocayev, institutun ümumi işlər üzrə direktor müavini Fərid Dünyamalıyev, institutun elmi işlər üzrə direktor müavini Aidə Əsgərova, “Elm” şöbəsinin müdiri Yasin Gözəlov, “Beynəlxalq əlaqələr və İKT” şöbəsinin müdiri Aytən Əliyeva, “Biotexnologiya, genetik tədqiqatlar və embrion transferi” laboratoriyasının müdiri Rəşad Məhərrəmov, “İri və xırdabuynuzlu heyvanların quşların yetişdirilməsi” laboratoriyasının müdiri Tural Abbasov və “Beynəlxalq Əlaqələr və İnformasiya Kommunikasiya Texnologiyaları” şöbəsinin mütəxəssisi Əfqan Mehdixanov ediblər.
İlk öncə Mahir Hacıyev görüş zamanı institutun fəaliyyəti haqqında ətraflı məlumat təqdim olunub. Azərbaycan və Koreyada mövcud heyvan cinslərinin cütləşdirilməsi imkanları müzakirə edilib. Koreya tərəfindən embrion transferi və spermanın inyeksiya olunması metodları təklif edilib. Hər iki metodun eyni vaxtda tətbiqi və müqayisəli araşdırmaların aparılması planlaşdırılıb.
Bundan əlavə, süni mayalanmanın tutma faizi və bu sahədə mövcud göstəricilər haqqında fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində AFACI təşkilatının fəaliyyəti barədə videoçarx nümayiş etdirilib və bu təşkilatın imkanlarından istifadə edərək müştərək elmi tədqiqatların aparılması təklif olunub. Həmçinin, Azərbaycanın AFACI-yə üzvlüyü məsələsi geniş müzakirə edilib.
Görüş zamanı həmçinin, hazırda Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda həyata keçirilən sürü müşahidə sistemləri və smart kapsulların tətbiqi ilə bağlı pilot layihənin gələcək inkişafı müzakirə olunub. Azərbaycan tərəfi layihənin davam etdirilməsinin vacibliyini vurğulanıb. Koreya tərəfi isə bu sahədə dəstək göstərməyə hazır olduğunu bildirib.
Bu görüş Azərbaycan və Koreya arasında heyvandarlıq sahəsində elmi bilik və texnologiya mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.
Tərəflər gələcəkdə birgə əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün aktiv müzakirələri davam etdirmək niyyətindədirlər.

HETİ və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.HETİ və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.HETİ və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.HETİ və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.HETİ və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.HETİ və Koreya Respublikasının müvafiq qurumları arasında elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.