HETİ-də elmi-praktiki konfrans keçiriləcək.

HETİ-də elmi-praktiki konfrans keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə 25 aprel 2025-ci il tarixində "Heyvandarlıqda dayanıqlı inkişaf, innovasiyalar və perspetivlər" elmi-praktiki konfrans keçiriləcək. Konfransda aşağıdakı mövzular müzakirə olunacaq:
- Heyvandarlığın mövcud vəziyyəti və perspektivlər,
- Heyvandarlıqda dövlət dəstəyi və innnovasiyalar,
- Heyvandarlıqda biotexnologiyalar;
- Heyvandarlığın dayanıqlı inkişafında seleksiya genetik araşdırmaların rolu;
- Heyvandarlıqda intensiv yetişdirmə və müasir baxım texnologiyaları;
- Heyvanların yemləndirilməsində yeni innovasiyalar,
- Xəstəliklərə qarşı mübarizə tədbirləri və müasir tələblər.

Konfransda Kənd Təsərrüfat Nazirliyinin müvafiq qurumlarının əməkdaşlarının, eyni zamanda yerli və xarici mütəxəssislərin məruzələrinin dinlənməsi nəzərdə tutulub. Konfransda təsərrüfat rəhbərləri, sahibkarlar, fermerlər və istehsal müəssisələrinin rəhbərləri də iştirak edəcəkdir.

İştirakçıların qeydiyyatı 10:00-dan etibarən başayır.

İştirak etmək istəyən hər kəs dəvətlidir.