
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun “İri və xırdabuynuzlu heyvanların, quşların yetişdirilməsi” laboratoriyasının “Müxtəlif törədici qoçlardan alınan toxumların mövsümlərə görə keyfiyyət göstəricilərinin öyrənilməsi və yeni mələzlərin alınmasında istifadəsi” işinin müvafiq mərhələsinə uyğun olaraq həmin laboratoriyanın və “Biotexnologiya, genetik tədqiqatlar və embrion transferi” laboratoriyasının mütəxəssisləri tərəfindən institutun Yardımçı Təcrübə Təsərrüfatında olan müxtəlif cinsli törədici qoçlardan toxumlar alınmış, onların laborator müayinəsi aparılmış, toxum xüsusi durulducu ilə seyrəldilmiş və təzə toxumlarla mayalanmada (freş toxumlama) istifadə edilmişdir.








