Seleksiyaçı alim, dos. Təbriz Xələfov Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib.

Seleksiyaçı alim, dos. Təbriz Xələfov Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib.
Qırğızıstanın Elmi Tədqiqat Heyvandarlıq İnstitunun Konsultantı, “Ala-too” cinsinin yaradıcılarından biri, seleksiyaçı alim, dos. Təbriz Xələfov Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib. Səfər zamanı Təbriz Xələfov İnstitutun maddi-texniki bazası, müasir laboratoriyaları və yardımçı təcrübə təsərrüfatları ilə tanış olub. Daha sonra institutun əməkdaşları ilə görüş keçirilib. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, “Ala-Too” qoyun cinsi Qırğızıstanın seleksiyaçı alimləri tərəfindən yerli dağ qoyunları ilə digər yüksək məhsuldar cinslərin çarpazlaşdırılması nəticəsində yaradılmışdır. Bu seleksiya prosesi əsasən Qırğızıstan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu və yerli fermerlərin iştirakı ilə aparılıb.
Cinsin yaradılmasında əsas məqsəd iqlimə davamlı, yüksək ət məhsuldarlığı olan və sürətli böyüyən qoyunlar əldə etmək olub. Seçim zamanı yerli Qırğız dağ qoyunları, Hissar və digər cinslərdən istifadə edilib. Bu cins hazırda Qırğızıstan və qonşu ölkələrdə ətlik istiqamətdə geniş yayılıb.

Seleksiyaçı alim, dos. Təbriz Xələfov Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib.Seleksiyaçı alim, dos. Təbriz Xələfov Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib.Seleksiyaçı alim, dos. Təbriz Xələfov Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib.Seleksiyaçı alim, dos. Təbriz Xələfov Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib.Seleksiyaçı alim, dos. Təbriz Xələfov Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər edib.