
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda "8 mart - Beynəlxalq Qadınlar günü" ilə bağlı tədbir keçirilib. Tədbir zamanı direktor Mahir Hacıyev institutun qadın əməkdaşlarını ürəkdən təbrik edib, onlara uzun ömür, can sağlığı, gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sonra institutun digər bəy əməkdaşları da qadınlara öz təbriklərini çatdırıblar.






