
Bu gün Azərbaycan xalqı üçün ən ağır tarixlərdən biridir. Bu gün 1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı faciəsindən 33 il ötür. Heyvandarlıq Elmi Təqdiqat İnistitunda da faciə ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə institutun işçi heyəti, həmçinin qonaq qismində dəvət olumuş YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev də iştirak edib. İlk öncə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Vüqar İsayev tədbir iştirakçılarını salamladı, Xocalı faciəsi haqqında geniş nitq söylədi. Vüqar İsayev həmçinin, cənab prezidentin başçılığı ilə həyata keçirilmiş işğaldan azad olmuş ərazilərdəki quruculuq işləri ilə bağlı da məlumat verdi. Sonra söz Heyvandarlıq Elmi Təqdiqat İnistitunun direktoru Mahir Hacıyevə verildi. Mahir Hacıyev də öz növbəsində tədbir iştirakçılarını salamladı, sonra isə tarixin baş vermiş ən ağır cinayətlərindən olan Xocalı faciəsi haqqında ətraflı danışdı, həm xalqımız, həm də onun üçün bu günün necə ağır bir gün olduğunu söylədi. Çıxışı zamanı Mahir Hacıyev işğaldan yenicə azad olunmuş Xocalıda, Laçında, Şuşada, Kəlbəcər, Şuşa və başqa rayonlarda gedən quruculuq işləri haqqında qürurla bəhs etdi. Sonra söz institutun “Elm" şöbəsinin müdiri Yasin Gözəlova verildi. Yasin Gözəlov Azərbaycanın tarixinə vurulmuş qanlı bir ləkə olan Xocalı faciəsi haqqında, xalqımızın başına gəlmiş fəlakətlər haqqında danışdı. Daha sonra “Tut ipəkqurdu seleksiyası” laboratoriyasının müdiri Qafar Məmmədov XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş faciəsi haqqında öz fikirlərini söylədi. O, bu günün bütün xalqımız üçün necə çətin və ağrılı bir gün olduğunu da öz nitqi zamanı qeyd etmişdir. Daha sonra çıxış edən "Yemləmə və yemlərin analizi" laboratoriyasının elmi işçisi Yusif Əbdüləzimov da öz növbəsində 1992- ci i fevral ayının 26-da baş vermiş bu qanlı soyqırım haqqında öz fikirlərini səsləndirdi. Yusif Əbdüləzimov bu günün bizə necə böyük bir kədər gətirdiyini bildirməklə yanaşı, həmçinin 2023- il sentyabr ayının 19-da bizə necə böyük bir qürur və fərəh gətirdiyini söylədi. Çünki Xocalı məhz cənab baş komandanın başçılığı ilə 2023-cü il sentyabrın ayının 19-da işğaldan azad olundu.
Sonda Xocalı faciəsi həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirildi.
Sonda Xocalı faciəsi həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirildi.







