31.01.2025-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Peşəkar Arıçılar Birliyinin birgə təşkilatçılığı ilə peşəkar təlimçi Vladimir Eqoroviç tərəfindən “İl ərzində ana arının qəfəslənmə metodları” adlı seminar keçirilib. Seminarda ölkəmizin bütün regionlarından olan peşəkar arıçılar iştirak edib.
Seminarı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini Aidə Əsgərova açıb. O, iqlim dəyişikliyinin bu sahəyə təsiri, arıçılıq sahəsində institutda aparılan elmi-tədqiqat işləri, əldə edilən nailiyyətlər və bu tipli seminarların təşkil edilməsinin əhəmiyyətindən danışıb.
Sonra seminarın qonaqları Gəncə Arçılar Assosiasiyanın sədri Füzuli Verdiyev və peşəkar arıçı Rəşad Atakişiyev çıxış edərək arıçılığın hazırki vəziyyəti, arıçıların fəaliyyəti barədə qısa məlumat veriblər.
Daha sonra təlimçi Vladimir Eqoroviç varroa və tropi gənəsinə qarşı anaların izolyasiyası, Varroatoz xəstəliyi, “balasız dönəm”in yaradılması haqqında geniş məlumat verib.
Seminar arıçıları maaqlandıran sualların cavablandırılması və geniş diskussiya şəraitində davam edib.
Sonda seminar iştirakçıları sertifikatla təltif ediliblər.