“Kənd Təsərrüfatı Quşlarının Ensiklopediyası” kitabı nəşr edilib.

“Kənd Təsərrüfatı Quşlarının Ensiklopediyası” kitabı nəşr edilib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və institutun Elm şöbəsinin müdiri Yasin Gözəlovun müəllifləri olduğu “Kənd Təsərrüfatı Quşlarının Ensiklopediyası” kitabı nəşr edilib.

Son dövrlər respublikamızda quşçuluq sahəsində kiçik, orta və iri təsərrüfatların yaradılmasını və bu sahəyə marağın artdığını nəzərə alaraq yazılmış “Kənd Təsərrüfatı Quşlarının Ensiklopediyası” kitabı sahibkar və fermerlərə, eləcə də aspirantlara, doktorantlara, alimlərə və bu sahə ilə məşğul olmaq istəyən hər bir kəsə müxtəlif quş cinslərinin biologiyasını və təsərrüfat xüsusiyyətini öyrənmək, yetişdirilmə və saxlanma şəraitini bilmək, yemləmənin düzgün aparılmasını öyrənmək, quşçuluqda damazlıq seleksiya işlərini (bonitrə təlimatına uyğun) aparmaq, quşçuluqda mövcud olan normativləri bilmək, quş əti və yumurta istehsalında mövcud olan standartları bilmək, elmi əsaslarla quşçuluğu inkişaf etdirmək üçün kömək olacaqdır.