
Heyvandarlıq Elmi Tədqiqat İnstitunun quşçuluq laboratoriyasının əməkdaşları tərəfindən quşçuluqla məşğul olan, ana sürü saxlanılan fermer təsərrüfatında Brahma cinsi ilə Kuçin cinsinin çarpazlaşdırılması yolu ilə yüksək göstəricilərə malik III və IV nəsil hibrid quşlar əldə edilmişdir. Alınmış yeni hibridlər sutkalıq çəki artımı, boy hündürlüyü və canlı kütlə ağırlığına görə valideyn quşlardan kəskin fərqlənir. IV nəsil hibridlərin 5 aylıqda canlı kütləsi fərələrdə 4,3 kq, beçələrdə isə 5,2 kq-a çatır. Tük örtüyünün forması və rəngi hər iki valideynin əlamətlərini daşıyır.
Yumurta məhsuldarlığı və alınan mələzlərin daha da təkmilləşdirilməsi üzərində tədqiqat işləri davam etdirilir.
Yumurta məhsuldarlığı və alınan mələzlərin daha da təkmilləşdirilməsi üzərində tədqiqat işləri davam etdirilir.




