26 dekabr 2024-cü ildə Azərbaycanda matəm günü elan edilib.

25 dekabr 2024-cü il tarixində AZAL aviaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan "Embraer-190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində baş vermiş faciəvi qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 26 dekabr 2024-cü ildə Azərbaycanda matəm günü elan edilib. Matəm günü ilə əlaqədar ölkədə bütün bayraqlar endirilib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun rəhbərliyi və kollektivi adından bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, ailələri və doğmalarına isə səbr diləyirik.
Allah rəhmət eləsin