
28 oktyabr 2024-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda türkiyəli mütəxəssis, dr. Denizhan Bilim tərəfindən “Süd verən inəklərdə metobolik profil testlərinin təhlili və izahı" adlı təlim keçirilib. Təlimdə baytar-həkimlər, heyvandarlıq mütəxəssisləri, DAİM nümayəndələri iştirak ediblər. Təlim zamanı zəngin təqdimat nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb, ətraflı diskussiya aparılıb.







