HETİ-də "Bozax" və "Qaradolaq" cinsli törədici qoçlardan süni yolla toxum alınıb

HETİ-də "Bozax" və "Qaradolaq" cinsli törədici qoçlardan süni yolla toxum alınıb

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) aparılan “Müxtəlif cins törədici qoçlardan alınan toxumların keyfiyyət göstəricilərinin öyrənilməsi və yeni məhsuldar mələzlərin alınmasında istifadəsi” mövzusunun “Müxtəlif cins törədici qoçların toxumlarının mövsümlər üzrə keyfiyyət göstəricilərinin tədqiqi“ mərhələsinə aid tədqiqat işinin həyata keçirilməsi məqsədi ilə institutun Yardımçı Təcrübə Təsərrüfatından seçilmiş "Bozax" və "Qaradolaq" cinsli törədici qoçlardan süni yolla toxum alınıb və toxumun keyfiyyət göstəriciləri Süni Mayalanma Mərkəzi ilə əməkdaşlıq çərcivəsində mərkəzin laboratoriyasında müayinə edilib.
Müxtəlif saxlanma texnologiyalarına uyğun olaraq toxumların qiymətləndirilməsi aparılıb və aktivlikləri müəyyən edilib.
Elmi-tədqiqat işinin növbəti mərhələsində Yardımçı Təcrübə Təsərrüfatında yetişdirilən digər törədici qoçlardan da bəslənməsi və mövsüm dəyişikliyi nəzərə alınaraq toxumlar alınacaq və keyfiyyət göstəricilərinin tədqiqi aparılacaqdır.


HETİ-də "Bozax" və "Qaradolaq" cinsli törədici qoçlardan süni yolla toxum alınıbHETİ-də "Bozax" və "Qaradolaq" cinsli törədici qoçlardan süni yolla toxum alınıb