Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) fəaliyyət göstərən “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə” (AZSTAND/TK 24) tərəfindən hazırlanmış “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” Dövlət Standartı Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilib.
Standart tətbiq sahəsi, normativ istinadlar, təsnifat, texniki tələblər, xüsusiyyətlər, xammala olan tələblər, etiketlənmə, qablaşdırma, qəbul qaydaları, nəzarət üsulu, kimyəvi göstəricilərin təyini, nəqliyyat və saxlama, əlavələr və biblioqrafiya başlıqları altında verilib.
Standartın yazılması zamanı 23 standarta, qanun, qəbul edilmiş metodlara istinad edilib, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” əsas götürülüb. Standartda toyuq ətinin müxtəlif temperaturlarda saxlanma normativləri və qaydaları, tərkibində qurğuşun, arsen, kadmium və civənin təyini metodikaları qeyd olunub. Eyni zamanda, standartın “Əlavə” bölməsinə toyuq ətinin mikrobioloji göstəriciləri, toyuq ətinin qida və enerji dəyəri, toyuq ətinin tərkibində toksiki elementlərin yol verilən həddi göstərilib.