HETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilib

HETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilib

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi Akademik Həsən Əliyev adına Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşı, böyük elmi işçi Güləsər Qasımovaya “Heyvandarlıqda Elmi tədqiqat işlərinin aparılması qaydaları”na aid metodoloji təlim Yasin Gözəlov tərəfindən davam etdirilib.
Təlim proqramının 2-ci günü “Elmi tədqiqat işlərində seleksiya damazlıq işləri, proqlamların, bonitirə təlimatlarının hazırlanması, biometrik və iqtisadi səmərəliliyin hesablanması”nın əhəmiyyətindən və “Elmi əməkdaşların təlimlərdə iştirakı, seminar və konfransların keçirilməsi proqramlarının hazırlanması” qaydalarından danışılıb.
Elmi tədqiqat işlərində vacib olan biometrik işləmələr və iqtisadi səmərəliliyin hesablanması qaydaları izah edilib. Elmi əməkdaşların təlimlərdə iştirakının vacibliyinə aydınlıq gətirilib.
14 may tarixdə Çex Respublikasından gəlmiş Milan Tyller tərəfindən “çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı”na həsr edilmiş görüşdə Güləsər Qasımova da iştirak edib.
İnstitutun Yardımçı Təcrübə Təsərrüfatında aparılan elmi tədqiqat işlərinin obyeklərinə baxış keçirilib, iri və xırdabuynuzlu heyvandarlıqda çarpazlaşdırmadan alınan mələz buzovların fenotipik qiymətləndirilməsi aparılıb.
Dovşançılıq təsərrüfatında müxtəlif cinslərdən istifadə edərək yeni yaradılmış dovşan cinsinin alınmasında istifadə olunan yetişdirmə üsullarından, xəttarası hibridləşdirmədən, qanqatma çarpazlaşdırmadan istifadənin elmi izahı verilib.
Yemləmə şəraitinin müxtəlif tut ipəkqurdu cinslərinin və yeni yaradılmış hibridlərin məhsuldarlıq göstərəricilərinə, inkişafına təsirinin öyrənilməsi ilə əlaqədar olaraq aparılan tədqiqat işlərinin obyektlərində yaradılmış şəraitə baxış keçirilib və müzakirələr aparılıb.
Təlim proqramının 3-cü günü “Elmi tədqiqat işlərində səndləşmənin ararılması və materialların hazırlanması” ilə əlaqədar olaraq “Elm şöbəsi”ndə görüş keçirilmiş “İnstitutun fəaliyyət planı”, “İnstitutun tədbirlər planı”, “Mövzu planı”, “Metodika”, “İş və təqvim planı”, “Hesabatlar”, “Elm şöbəsinin əsasnaməsi”, “Elmi texniki şuranın əsasnaməsi”, “Protakollar”, “Protokoldan çıxarış” və s. sənətlərin tərtibatı qaydaları izah edilib.
Göygöl rayonu Mollacəlilli kəndində fəaliyyət göstərən Mübariz Əliyevin şəxsi təsərrüfatında yerli malların yaxşılaşdırılması istiqamətində aparılan elmi tədqiqat işi ilə tanış olmaq üçün Simmental cinsli buğaların toxumlarından istifadə edərək alınmış 3-cü və 4-cü nəsil buzovlara baxış keçirilib. Erkək danaların intensiv yetişdirilərək kökəldilməsi texnologiyası izah edilib.
Güləsər Qasımova süd analizi və yumurtanın keyfiyyəti analizlərinin, ana arılarda süni mayalandırma işinin aparılmasınada bilavasitə iştirak edib, yem bazası ilə tanış olub.
Güləsər Qasımovaya “Heyvandarlıqda elmi tədqiqat işlərinin aparılması üçün metodoloji təlimat” kitabı, İnstitutun “Aqrar sahədə Elmi araşdırmalar jurnalı” digər kitablar, tövsiyələr, bonitirə təlimatları, bukletlər hədiyyə edilib.


HETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilibHETİ-də Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutunun əməkdaşına növbəti təlimlər keçirilib