Neft məhsullarının bitkiçilikdə rolu və əhəmiyyəti.

Neft emalı sənaye müəsisələrindən əldə olunan tullantı məhsullarından hazırlanan ekoloji təmiz “Turan+” markalı reagentinin bitki və heyvanların inkşafına təsiri haqqında institutumuzda aparılan tədqiqat işlərinə dair qoyulmuş sınaq təcrübələrindən effektiv nəticələr əldə olunmuşdur. Belə ki, süni yolla yetişdirilən, heyvanların yemlənməsi üçün nəzərdə tutulan yaşıl kütlənin boy inkşafını və qidalılığını artırmaq üçün bu preparatdan istifadə etməklə 10%-dək müsbət nəticə əldə olunmuşdur. Heyvanların həzm sistemindəki mikrofloranın zənginliyinə və aktivliyinə bu preparatın təsirinin gələcəkdə sınaq təcrübədə yoxlanılması nəzərdə tutulur.