İribuynuzlu heyvandarlıqda biotexnoloji üsulların tətbiqi və onun nəticələri


Hal-hazırda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqi” laboratoriyasının əməkdaşları tərəfindən Göygöl rayonunun Mollacəlilli kəndində, şəxsi fermer təsərrüfatında “Biotexnoloji üsullardan istifadə etməklə yeni heyvan genotiplərin yaradılması və ontogenezin öyrənilməsi” mövzusunda elmi tədqiqat işi aparılır.
Tədqiqat işinin məqsədi, yüksək keyfiyyətli konstitusiya və eksteryerə malik olan heyvan cinslərindən istifadə edərək xəstəliyə davamlı yeni mələzlərin alınmasıdır. Eyni zamanda yerli qara-malın üstün cəhətləri ilə Simmental cinsinin müsbət cəhətlərini özündə birləşdirən, tələbata cavab verə bilən inək naxırı yaratmaqdır. Eyni zamanda alınan mələzlərin yüksək məhsuldarlıq və damazlıq keyfiyyətini mühafizə edib möhkəmləndirmək, sayını artırmaq, alınan yeni heyvan tiplərini yetişdirmək, onların boy və inkişafını öyrənməkdir.
Tədqiqat işinin hazırkı mərhələsinə uyğun olaraq süd məhsuldarlığı, onun iqtisadi səmərəliliyi və keyfiyyətinin artırılması yolları öyrənilmişdir.