“Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.

“Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (Türkiye Cumhuriyeti Tarım ve Orman Bakanlığı) birgə təşkilatçılığı ilə 2-8 iyun 2021-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda keçirilən “Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.
Təlim proqramının əsas məqsədi Türkiyənin süni mayalanma, qulluq və bəslənmə sahəsində sahib olduğu təcrübələrin ortaq maraqlar çərçivəsində Azərbaycanlı mütəxəssislərə, xüsusən də Qarabağ bölgəsindən olan mütəxəssislərə ötürülməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın və ümumilikdə kənd təsərrüfatının inkişafına nail olmaq üçün yüksək peşəkarlığa sahib kadrların hazırlanması olub. Təlim proqramı nəzəri biliklərin öyrədilməsi ilə yanaşı, praktiki təcrübələri və tətbiqetmələri də ehtiva edib.
Təlim proqramında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, həmçinin Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçından olan və aşağıda adları qeyd olunmuş mütəxəssislər də iştirak edib.
Qeyd edək ki, təlim proqramı ərzindəki təlimlər Türkiydən dəvət olunmuş mütəxəssislər - Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Şöbəsinin Təkmilləşdirmə və İnkişaf idarəsinin əməkdaşları Dr. Melik Aytac, Hakan Ülgey, Alirza Akıncı və Türkiyə Respublikası Səlcuk Universitetinin Baytarlıq Şöbəsinin əməkdaşı prof. dr. Mehmet Bozkurt Ataman - tərəfindən keçilib.
Dəvət olunmuş mütəxəssislər tərəfindən təlim proqramı çərçivəsində süni mayalanma prosedurları, Türkiyədə qurulmuş və hal-hazırda da istifadə edilən mövcud olan heyvanların şəcərə sistemləri, sürü idarə edilməsi, süni mayalanma protokolları, xırdabuynuzlu heyvanlara qulluq və onların bəslənməsi, iribuynuzlu heyvanlara qulluq və onların bəslənməsi, yem rasionlarının tərtibi, dişi heyvan üzərində süni mayalanma – rekto-vaginal sersivs prosesi, inəklərdə həvəsəgəlmənin müəyyən edilməsi, təyini və ən uyğun mayalama vaxtı, payetin mayalama üçün hazır vəziyyətə gətirilməsi texnikaları, süni mayalanma texnikinin termosuna qulluq və ondan istifadə, həvəsəgəlmələrin sinxronizasiyası, embrion köçürmə mövzular haqqında geniş məlumat verilib, zəngin slayd nümunələri nümayiş etdirilib.
Təlim proqramının sonunda iştirakçılar sertifikatlarla təltif ediliblər.

“Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.“Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.“Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.“Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.“Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.“Azərbaycanda süni mayalanma, qulluq və bəslənmə” adlı təlim proqramı öz fəaliyyətini uğurla yekunlaşdırıb.