Heyvandarlıqda mövsümi tədbirlər.

Heyvandarlıqda mövsümi tədbirlər.
Havaların isinməsi ilə əlaqədar həşəratların sürətli inkişafı özü ilə birlikdə kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükələr gətirir.
Xüsusilə, iribuynuzlu heyvanlar üçün təhlükə mənbəyi olan həşəratlar, qan-parazitar (eymerioz, anaplazmoz, fransaielloz, piroplazmoz, teyleriyoz), qoturluq, isitmə və s. kimi xəstəliklərin yayılmasında daşıyıcı rolu oynayır. Xəstələnmiş heyvanlara gecikmiş müdaxilə 45-70 % ölümlə nəticələnir. Qan-parazitar xəstəliklərinə yoluxmuş heyvanlarda balaatma (abort) və ya dölün ölüb mumyalaşması, döl tutmama, inkişafdan qalma, məhsuldarlığın aşağı olması qaçılmazdır.
Sadalanan hallarla qarşılaşmamaq üçün heyvanlar profilaktik antihelmint və antiparazitar tədbirlərə cəlb edilməli, vaxtaşırı çimizdirmə (antiparazitar preparatlarla) aparılmalı, tövlə və gəzinti yerləri akarisid preparatlarla işlənməlidir. İstifadə edilən dərman maddələrindən zəhərlənmə halları ən çox qarşılaşılan problemlərdən biridir. Bu problemlə qarşılaşmamaq üçün dərman maddələrini təlimata uyğun, mütəxəssis nəzarəti altında istifadə etmək vacibdir.