Xırdabuynuzlu heyvanlarda qurd əleyhinə mövsümi dehelmintizasiya tədbirləri keçirilib.

Xırdabuynuzlu heyvanlarda qurd əleyhinə mövsümi dehelmintizasiya tədbirləri keçirilib.
Mövsümi tədbirlər planına uyğun olaraq, HETİ-nin Yardımçı Təcrübə Təsərrüfatında mütəxəssilərimiz tərəfindən xırdabuynuzlu heyvanlar arasında dehelmintizasiya tədbiri aparıldı.
Ümumiyyətlə, bütün növ kənd təsərrüfatı heyvanlarında ildə iki dəfə (yaz/payız) olmaqla, dehelmintizasiya işi aparılmalıdır. Xüsusən də xırdabuynuzlu heyvanlarda ciddi fəsadlar yaradan helmintlər (qurdlar) körpə və yaşlı qrupda ölümlə də nəticələnə bilir. Profilaktiki tədbirin hansı növ qurda görə aparılmasından asılı olaraq, dərman preparatlarının miqdarı və təkrar verilməsi intervalı dəyişir.
Kənd təsərrüfatı heyvanları ilə yanaşı, təsərrüfatda olan digər heyvanlar (it, pişik, at, qatır və s.) da eyni vaxtda dehelmintizasiyaya cəlb edilməlidir. Bildiyimiz kimi, bir çox helmint xəstəlik törədicilərinin aralıq sahibi rolunu da məhz itlər və pişiklər oynayır.
Unutmamalıyıq ki, bir çox helmintoza insanlar da yoluxur.

Xırdabuynuzlu heyvanlarda qurd əleyhinə mövsümi dehelmintizasiya tədbirləri keçirilib. Xırdabuynuzlu heyvanlarda qurd əleyhinə mövsümi dehelmintizasiya tədbirləri keçirilib. Xırdabuynuzlu heyvanlarda qurd əleyhinə mövsümi dehelmintizasiya tədbirləri keçirilib.