Bağırsaq mikroflorasının qorunmasının təşkili

Bağırsaq mikroflorasının qorunmasının təşkili
Bağırsaq mikroflorasının qorunmasının təşkili
Sağlam sürülər üçün ən yüksək biotəhlükəsizlik riski yeni qrup quşlar gəldiyi zaman meydana gəlsə də, bu hal həmin quşların həyatları boyu onları izləməkdədir. Biotəhlükəsizlik böyük miqdarda xarici mühitlə əlaqədar olsa da, bağırsaqlarda baş verən fermentativ proseslərlə də sıx əlaqəlidir. Yemləmə və içmə suyu qatqıları patogenlərə qarşı daha güclü daxili müdafiəyə dəstək olur. Xüsusi organik asid qatqıları, bağırsaq bütünlüyünü və immun sistemini yaxşılaşdıraraq sağlam mikrofloraya şərait yaradır. Minerallar bağırsaq bakteriyaları ilə mübarizədə böyük rol oynayır. Məsələn, yüksək miqdarda mis ilə yemləndirmə (təyin olunduqda), patogenlərin toplandığı arxa bağırsaqdakı bakteriyaların xaric olunmasında təsirli əhəmiyyətə malik olduğu müəyyən edilmişdir. Sinkhidroksixlorid bağırsaq içinə girən patogenlərə qarşı müdafiə üçün bağırsaq divarının gücləndirilməsinə kömək edir. Zəif biotəhlükəsizlik, quşların effektsiz olması, daha aşağı yumurtlama göstəricisi və azalan böyümə göstəricisi kimi çətinliklər ölüm faizini artırır. Bəzi ölkələr, biotəhlükəsizliyin yaxşılaşdırılmasının daha yüksək performans və daha az antibiotik istifadəsini dəstəkləməklə yanaşı, Avian İnfluenzanın (quş qripi) nəzarətdə saxlanmasına da imkan verdiyini müəyyən etmişdir.