Keyfiyyətli içməli suyun təşkili

Keyfiyyətli içməli suyun təşkili
Keyfiyyətli içməli suyun təşkili
Su borularında, nipel xətlərinin daxili səthində, su çənlərində mövcud mikroorqanizmlər səbəbindən biokulturalar yarana bilər. Kulturaların toplanması nipelləri, bölmələri ve filtrləri tıxaya bilir, su axımını dayandırır və patogenik mikroorqanizmlərin çoxalması üçün şərait yaradır. Kulturalara qarşı mübarizə və dezinfeksiya etmək üçün təsərrüfat rəhbərləri hidrogen-peroksid, su ilə yuma, xlor və ya orqanik asidlər (turşular) istifadə edə bilər. Hidrogen-peroksid mikroblarla mübarizədə çox təsirlidir. Çox təsirli olsa da, xlorlama fəaliyətinin effektiv olması dozanın düzgün təyin edilməsi ilə sıx bağlıdır (effektiv xlorlama pH-la bağlıdır). Günlük sərbəst xlor səviyyələri nəzarətdə saxlanılmalıdır. Hədəf səviyyələr 3-5 ppm aralığında və oksidləşməni azaltma potensialı 650-700 mV civarında olmalıdır. Su asidləşdiriciləri bir çox bakteriyaların həyatda qalmağa çalışdığı 4-dən aşağı olan pH-ı daha da aşağı salır. Bunlar Enterobacteriya, kif və maya göbələkləri üçün standart protokol olmalıdır.