Məcburi Təsərrüfat İdarəetmə Protokolları

Məcburi Təsərrüfat İdarəetmə Protokolları
Məcburi Təsərrüfat İdarəetmə Protokolları
Quşçuluq fabrikini xarici mühitdən ayıran “ayırma xətti” ən vacib başlanğıc nöqtəsidir. Təsərrüfatın çevrəsi qorunmalı, patogenlərə qarşı təmiz-çirkli səddi qurulmalıdır. İnsanlar, quşçuluq təsərrüfatları üçün ən böyük yoluxdurma təhdidi olduğundan, kontakt riskini minimuma endirmək üçün əsaslı tətbiqetmələrin aparılması və bütün qonaqların bir qeydiyyat dəftərində qeyd olunması vacibdir. Bu sənəd, hər hansı bir problem olduğu halda dəyərləndirilir. Qonaqların biogtəhlükəsizlik tədbirləri:
- Quş damlarına girməzdən əvvəl duş almaq;
- Təsərrüfata məxsus, düz dabanlı botlar vəya baxıl geyinmək;
- Qonaqların qoruyucu geyim geyinmələrini məcburi etmək;
- Hər quş damının girişinə dezinfektantlı vannalar yerləşdirilmək.
İlk daxil olan ilk çıxar prinsipi, quşların bütün həyat dövriyyələrində standart prinsip olmalıdır. Bir qrupun yetişdirilməsi tamamlandıqda altlıqlar dəyişdirilməli və sonraki qrup gəlmədən dezinfeksiya prosedurları tamamlanmalıdır. İşçilər yaşlı quşlara baxmazdan əvvəl cavan yaş qrupu olan damlara yanaşmalıdır. Çünki cavan qrupların daha az inkişaf etmiş immunitet sistemləri yaşlı qruplara nisbətdə daha həssasdır. Yem fabrikinin texnikaları və təsərrüfata daxil olan bütün maşınlar üçün dezinfeksiyaedici bariyer vacibdir. İstehsal bölməsinə uyğun olaraq fərqli istehsal proseslərində sürülər olan binalar arasında məsafə 50-500 metr olmalıdır. Quş saxlanan bina daxilində sıx yerləşmə, dəyişkən temperatur və yetərsiz hava ilə əlaqədar aşağı hava keyfiyyəti, havalandırma, yem qablarına və içmə suyuna çatmaq üçün rəqabəti artırmaqla yanaşı, stressə də səbəb olacaqdır. Buna görə də binadaxili yerləşmənin sıx olmamasına fikir vermək lazımdır.
Döşənəklər çevrilməməli, çevirmək məcburiyyəti yarandığı halda, yem və su qabları qaldırmalıdır.