AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.

AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun təşkilatçılığı ilə 16.04.2021-ci il tarixində “Azərbaycanda quş qripi təhlükəsi: infeksiya ocaqları və profilaktik tədbirlər” adlı vebinar keçirilib. Vebinarda AMEA Zoologiya institutunun əməkdaşları ilə yanaşı, AMEA-nin digər institutlarından, Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarından, Azərbaycan Dövlət Aqrar Universitetindən, Azərbaycan Qida Təhlükəsizliyi Agengtliyindən mütəxəssislər iştirak edib. Vebinarda iştirak edən mütəxəssislər quş qripi, onun tipləri və yaranması səbəbləri, yayılmasında iştirak edən amillər, həmçinin yayılma arealı, virusun gətirib çıxara biləcəyi pandemiya vəziyyəti, virusla mübarizə üçün aparılan profilaktik mübarizə tədbirləri, bu səpkidə görülən işlər, yerinə yetirilən mövcud qabaqlayıcı üsullar və s. mövzularda geniş slayd materialları və məruzələrlə çıxış etdilər.
Qeyd edək ki, vebinarda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, Mahir Hacıyev, institutun elmi işlər üzrə direktor müavini Aidə Əsgərova, institutun "Yemləmə, yemlər və yem əlavələrinin analizi" laboratoriyasının müdiri Zöhrab Süleymanov, "Genetik tədqiqatlar və biotexnoloji üsullar" laboratoriyasının müdiri Yasin Gözəlov və "Yemləmə, yemlər və yem əlavələrinin analizi" laboratoriyasının kiçik elmi işçisi Zahid Tağıyev də iştirak edib.
"Yemləmə, yemlər və yem əlavələrinin analizi" laboratoriyasının müdiri Zöhrab Süleymanov "Quşçuluq təsərrüfatlarında quş qripi təhlükəsi, ona qarşı aparılan zootexniki tədbirlərin mahiyyəti və əhəmiyyəti" mövzusunda təqdimat və məruzə ilə çıxış edib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar bardə geniş diskussiya aparılıb.

AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə vebinar keçirilib.