“İri və xırdabuynuzlu heyvan cinslərinin rayonlaşdırılmasının düzgün aparılması” mövzusunda təlim keçilib.

“İri və xırdabuynuzlu heyvan cinslərinin rayonlaşdırılmasının düzgün aparılması” mövzusunda təlim keçilib.
23.02.2021-ci il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Yasin Gözəlov tərəfindən “İri və xırdabuynuzlu heyvan cinslərinin rayonlaşdırılmasının düzgün aparılması” mövzusunda təlim keçilib. Təlimdə region DAİM-lərinin nüməyəndələri, fermer və sahibkarlar iştirak edib. Təlimdə iri və xırdabuynuzlu heyvan cinslərinin rayonlaşdırılmasının düzgün aparılması zamanı coğrafi iqlim şəraitinin düzgün seçilməsi, yerli şəraitin yem ehtiyatının nəzərə alınması, cinsin istiqamətinin nəzərə alınması, cinsin yarandığı yer və məkanın nəzərə alınması, cinsin məhsuldar və ya yerli olmasının nəzərə alınması, cinsin konstitusiya tipinin nəzərə alınması, cinsin yemə olan tələbatının nəzərə alınması haqqında məlumat verilib.
Eyni zamanda, hər bir sahə üzrə ixtisaslaşdırılmanın düzgün aparılması yolları iştirakçıların diqqətinə çatdırılıb.

“İri və xırdabuynuzlu heyvan cinslərinin rayonlaşdırılmasının düzgün aparılması” mövzusunda təlim keçilib. “İri və xırdabuynuzlu heyvan cinslərinin rayonlaşdırılmasının düzgün aparılması” mövzusunda təlim keçilib. “İri və xırdabuynuzlu heyvan cinslərinin rayonlaşdırılmasının düzgün aparılması” mövzusunda təlim keçilib.