Qoyunçuluqda döl kompaniyasını necə təşkil etmək lazımdır?

Qoyunçuluqda döl kompaniyasını necə təşkil etmək lazımdır?Azərbaycan Respublikasının coğrafi iqlim şəraiti ilə əlaqədar olaraq quzulama erkən və yaz dölünə ayrılır. Erkən-faraş döl yanvar-fevral aylarında, yaz dölü isə mart-aprel aylarında aparılır.

Doğuşa iki gün qalmış ana qoyun doğuş şöbəsinə keçirilir. Bura ümumi şöbəyə nisbətən daha hazırlıqlı, təmiz, işıqlı, isti olur. Doğuşun yaxınlaşması qoyunun yelininin südlə dolaraq şişməsi ilə müşahidə olunur. Doğuş adətən 30 dəqiqə çəkir. Əgər doğan ana balanı yaxın buraxmırsa, yəni almırsa, onda ana ilə bala 3-4 gün darısqal yerə salınır ki, ana balasını yalayıb, ona öyrəşir.

Doğulmuş quzunu anası yalayıb, onun dərisini qurutmalıdır. Quzunu ana yaladıqda ona tez öyrəşib, onu asan tanıyır. Südü az olan və ya əkiz doğan ananın quzusu başqa südlü qoyunun altına buraxılır və ya ona südəvəzedici mayelər içirdilir.

Qış-faraş dölün yaz dölünə nisbətən bir sıra üstünlükləri vardır. Buna aşağıdakılar aiddir. Qış dölü iqtisadi cəhətcə daha səmərəlidir. Belə qoyunlardan doğulan quzular tam inkişaf etmiş olur və növbəti otlaq fəslindən (2,5-3,5 aylıq yaşda) yaxşı istifadə etməklə, sürətlə böyüyürlər. Payızda onlar yaxşı kökəlir və qışlamaya yüksək köklük dərəcəsində gedirlər. Faraş döldə doğulan quzulardan həmçinin yaz dölündə doğulanlardan çox yun qırxılır. Onu da qeyd etmək lazımdır ki, qış-faraş dölü keçirilən təsərrüfatlar quzulama üçün isti və rahat yataqlara malik olmalıdırlar, yem tədarükü və inventarlarla vaxtında təmin olunmalıdırlar.

Yaz dölü otlaq fəslinin başlanması dövrünə düşdüyündən bu zaman isti yataqların olması tələb olunmur. Yaz dölünün çatışmayan cəhətindən biri də ondan ibarətdir ki, erkən yazda havalar sabit keçmir, tez-tez dəyişir. Bu da cavan quzuların xəstələnməsinə səbəb olur. Payız vaxtı belə quzular xırda və arıq olur, qışlamanı pis keçirirlər.

Ehtiyat tədbirləri
• Çalışmaq lazımdır ki, qoyunlar yaxşı köklük dərəcəsində olsun və bu vəziyyət doğuşa qədər saxlanılsın. Çünki, dölün normal inkişafı ananın normal köklüyündən asılıdır.
• Bunun üçün hər bir boğaz qoyun sürüsü üçün kifayət qədər yaxşı keyfiyyətli qaba, sulu şirəli, qüvvəli və digər yemlər hazırlanıb tədarük edilməlidir ki, bu heyvanlar həmin dövrdə tam dəyərli yemlərlə təmin olunsun.
• Yem hazırlığı ilə bərabər qoyun yataqları təmir və dezinfeksiya olunmalı, zəruri ləvazimatla təmin edilməlidir.
• Sürü üçün baytarlıq ləvazimatı, dərmanlar və s. avadanlıqlar gətirilməli, çobanlara xüsusi təlimat keçirilməlidir. Əlavə işçilər qəbul edilməlidir ki, döl keyfiyyətli keçsin.
• Doğuşa 20-30 gün qalmış boğaz qoyunların çox ehtiyatla quyruq ətrafı və yelin nahiyəsi yundan qırxılmalıdır.


Qoyunçuluqda döl kompaniyasını necə təşkil etmək lazımdır?Qoyunçuluqda döl kompaniyasını necə təşkil etmək lazımdır?Qoyunçuluqda döl kompaniyasını necə təşkil etmək lazımdır?Qoyunçuluqda döl kompaniyasını necə təşkil etmək lazımdır?