“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.

“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.
Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi və YAP Göygöl Rayon Təşkilatının dəstəyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə 27 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.

Konfransda Göygöl rayon icra hakimiyyəti başçısının müavini Arzu Qocayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu cənab Recep Öztop, Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov, Azərbaycan Texnologiya Universitetinin "Qida mühəndisliyi" fakültəsinin dekanı Mehman İsmayılov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının müdiri Azad Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının əməkdaşı Elgün Aslanov, o cümlədən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilərək tədbir açıq elan olunub.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru cənab Mahir Hacıyev giriş nitqi ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən və ölkəmizdə kənd təsərrüfatının inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.

Sonra Göygöl rayon icra hakimiyyəti başçısının müavini Arzu Qocayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu cənab Recep Öztop, Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov, Azərbaycan Texnologiya Universitetinin "Qida mühəndisliyi" fakültəsinin dekanı Mehman İsmayılov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının müdiri Azad Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının əməkdaşı Elgün Aslanov çıxış edib.

Bütün çıxış və nitqlərdə Azərbaycan xalqının xilaskarı kimi tarixdə dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb, Ulu Öndərin “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasını yaratmaqla bu günkü qüdrətli, qalib Azərbaycan dövlətinin təməlini qoyduğu diqqətə çatdırılıb, yeni tariximizin dünəninə görə Ulu Öndər Heydər Əliyevə hörmət və ehtiram ifadə olunub, bu günkü sosial-iqtisadi inkişafa, xalq üçün yaradılmış rəvan və məmnun həyat şəraitinə görə Prezident İlham Əliyevə minnətdarlıq bildirilib, xalqın xoşbəxt gələcəyinə hədəflənmiş dövlət siyasətinə böyük ümidlərlə baxıldığı qeyd olunub.

Həmçinin qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən edib. Türkiyə ilə Azərbaycan “bir millət iki dövlətdir” deməklə dahi siyasətçi Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoyub. Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev irsini daim öyrənmək, təbliğ etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq dövlətimiz və xalqımızın qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Bu mənada Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.

Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub, gənc ifaçı İsmət Sabirlinin ifasında “Sən elə bir zirvəsən” mahnısı səsləndirilib.

“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.“Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.