“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçiriləcəkdir.

“Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçiriləcəkdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşlıq etdiyi “Ilumina” şirkəti (mərkəzi ofisi ABŞ-da yerləşir) ilə birgə “Genetik sahədə beynəlxalq təcrübə” adlı interaktiv elmi-praktiki seminar keçiriləcəkdir.
Seminarda Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, yerli mütəxəssislərlə yanaşı xaricdən dəvət olunmuş mütəxəssis Alina Çernova və Sefa Aytaç tərəfindən “Genomik seçim və qiymətləndirmə”, “Genomika əsri: Kənd təsərrüfatı və ətraf mühit üçün yeni nəsil alətlər”, "Yeni cinslərin əldə edilməsində seleksiya işlərinin aparılması” mövzularda təqdimatlar keçiriləcəkdir.
Seminar 13 aprel 2023-cü il tarixində saat 10:30-da (Göygöl rayonu, Firuzabad qəsəbəsi) Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun inzibati binasında keçiriləcəkdir.