Yakların ölkəmizə gətirilməsi və yerləşdirilməsi

Yakların ölkəmizə gətirilməsi və yerləşdirilməsi
2022-ci ilin payızında ölkəmizə Qırğızıstan respublikasından 100 baş yak növlü iribuynuzlu heyvan gətirilmişdir. Yaklar gətirilməzdən əvvəl Qırğızıstan ekspertlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonlarının ərazilərində monitorinqlər keçirilərək müvafiq ərazilər seçilmişdir. Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanların Laçın və Kəlbəcər rayonlarında öncədən müəyyən edilmiş ərazilərdə yerləşdirilməsi təmin edilmişdir. Bu məqsədlə, yakların bioloji xüsusiyyətlərini və adabtasiya olunmasını öyrənmək üçün elmi tədqiqat işinin aparılmasına başlanmışdır. Hazırda, Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna gətirilmiş Yaklarıın yemləmə və saxlanma şəraitinə gündəlik nəzarət edilir və lazımi profilaktiki tədbirlər görülür. Eyni zaman da, Yakların inkişaf dinamikasına nəzarət etmək üçün bədən ölçüləri götürülmüş, boğazlığın müddəti və yaşları müəyyən edilmişdir. Gələcəkdə genetik analizlərin aparılması üçün bədənlərindən tük nümunələri də götürülmüşdür. Hal hazırda yaklar üzərində elmi tədqiqat işi davam etdirilir.

Yakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsiYakların ölkəmizə gətirilməsi və yerləşdirilməsi