“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir

“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən Müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi məqsədilə “Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində 06 mart 2023-cü il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.
Tədbirdə Vətən Müharibəsi qaziləri və iştirakçıları, Kənd Təsərrüfatı Nazirliyinin regional qurumlarının nümayəndələri, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Arıçılıq" Mərkəzinin direktoru dosent Samir Mahmudov və aparıcı mütəxəssis Elçün Nağıyev, region üzrə arıçılar, gənclər, təhsil müəssisəsinin müəllim və tələbə heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
Layihənin təlimçisi Səbuhi Nəbiyev tərəfindən arıçılıq avadanlıqları, arı cinsləri, arı ailələrinin artırılması, arı məhsulları, arı xəstəlikləri və zərərvericiləri, arı sancmaları zamanı ilk tibbi yardım, aqroturizmin inkişafında arıçılığın rolu və s. haqqında geniş məlumat verilib.
Təlim zamanı benifisiarların və itirakçıların sualları cavablandırılıb, müxtəlif diskusiyalar, müzakirələr aparılıb.
Qeyd edək ki, təlimlər davam edir.

“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir