
Azərbaycan Dövlət Aqrar Universitetindən təcrübə üçün Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna gəlmiş "Baytarlıq" ixtisasının IV kurs tələbələri ilə birlikdə "İri və xırdabuynuzlu heyvanların və quşların yetişdirilməsi" laboratoriyasında süd nümunəsinin analizi aparılıb. Tələbələrə azalizin aparıldığı Lactoscan cihazı barədə məlumat verilib, bildirilib ki, cihaz vasitəsilə həm iri, həm də xırdabuynuzlu heyvan südlərinin analizinin aparılması mümkündür. Analiz zamanı süddə olan yağ faizini, südün tərkibindəki zülalın, laktozanın, südə əlavə edilmiş suyun miqdarını, südün sıxlığını və s. müəyyən etmək mümkündür.


