İsraildən olan mütəxəssis HETİ-də səfərdə olub.

İsraildən olan mütəxəssis HETİ-də səfərdə olub.
İsrailin "Azİz BEY" beynəlxalq ticarət və iqtisadiyyat şirkətinin icraçı direktoru Albert Evdaev və "Virgin Soil" şirkətinin təsisçisi və direktoru İlqar Musayev Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər. Səfər zamanı qonaqlar institutun Yardımçı Təcrübə Təsərrüfatında olan Hidroponik Yaşıl Yem konteynerinə baxış keçiriblər. İnstitutun direktoru Mahir Hacıyev və "Yemləmə və yemlərin analizi" laboratoriyasının müdiri Zöhrab Süleymanov hidropon üsulu ilə yaşıl yemin istehsalı, onun təsərrüfatda tətbiqi, heyvanların məhsuldarlığına müsbət təsiri və fermerlərin bu texnologiyaya olan maraqları ilə bağlı qonaqlara ətraflı məlumat verib. Qonaqlar da öz növbəsində bəzi innovativ və texnoloji üsullardan istifadə etməklə hidropon sistemi ilə daha çox yaşıl yemin əldə edilməsi barədə öz dəyərli tövsiyələrini bölüşüblər. Daha sonra qonaqlar institutun Yardımçı Təcrübə Təsərrüfatında saxlanılan iribuynuzlu heyvanlara baxış keçiriblər.
Sonda tərəflər arasında gələcəkdə elmi-texniki əməkdaşlığın qurulması ilə bağlı məsələlər barədə ilkin danışıq və fikir mübadiləsi aparılıb.

İsraildən olan mütəxəssis HETİ-də səfərdə olub.İsraildən olan mütəxəssis HETİ-də səfərdə olub.İsraildən olan mütəxəssis HETİ-də səfərdə olub.İsraildən olan mütəxəssis HETİ-də səfərdə olub.İsraildən olan mütəxəssis HETİ-də səfərdə olub.İsraildən olan mütəxəssis HETİ-də səfərdə olub.