Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə HETİ arasında əməkdaşlıq

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə HETİ arasında əməkdaşlıq
Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq çərçivəsində heyvandarlıq sahəsində bir sıra fəaliyyətlər həyata keçirilir. Həmin fəaliyyətlərdən biri də xırda arıçılıq təsərrüfatlarının yaradılması və inkişaf etditrilməsidir. Qeyd olunan fəaliyyətə "Arıçılıq" Mərkəzinin aparıcı mütəxəssisi İlham Babayev təlimçi qismində cəlb edilib və onun tərəfindən iştirakçılara arı ailələrinin idarə olunması, arı xəstəlikləri barədə nəzəri və praktiki təlim keçirilib. Təlimlər yekunlaşdıqdan sonra da, arıçılarla mütəmadi əlaqə saxlanılır, onların sualları cavablandırılır, əlavə tövsiyələr verilir.
Həmçinin, qeyd etmək lazımdır ki, layihə çərçivəsində 16 kənd üzrə (9 kənd Gədəbəy, 4 kənd Tovuz, 1 kənd Qazax, 1 kənd Goranboy, 1 kənd Ağstafadan olmaqla) 340 arıçı ilə görüş keçirilib. 244 arıçının hər birinə 2 ədəd arı ailəsi olmaqla ümumilikdə 488 arı ailəsi, eyni zamanda 27 ədəd bal çəkən başın, 2 ədəd anti-varroa aparatı, vitamin və dərmanlar, qış yemi hazırlanması üçün 5 ton şəkər tozu verilib.
Növbəti periodda daha 250 benefisiar üzrə iş aparılacaqdır. İstifadə olunan bütün təlim materialları Heyavandarlıq Elmi Tədqiqat İnstitutunun “Arıçılıq Mərkəzinin” mütəxəssisləri tərəfindən hazırlanmışdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə HETİ arasında əməkdaşlıqBeynəlxalq Qırmızı Xaç Komitəsi ilə HETİ arasında əməkdaşlıqBeynəlxalq Qırmızı Xaç Komitəsi ilə HETİ arasında əməkdaşlıqBeynəlxalq Qırmızı Xaç Komitəsi ilə HETİ arasında əməkdaşlıq