Teta Teknik Tarım LTD şirkətinin əməkdaşı Ercan Korkmaz ETİ-yə səfər edib.

Teta Teknik Tarım LTD şirkətinin əməkdaşı Ercan Korkmaz ETİ-yə səfər edib.
27.01.2023-cü il tarixində Türkiyənin LAKTO Dairy şirkətinin nəzdindəki Teta Teknik Tarım LTD şirkətinin əməkdaşı Ercan Korkmaz Heyvandarlıq Elmi Tədqiqat İnstitutununa səfər edib, institutun müasir tipli avadanlıq və cihazlarla təchiz edilmiş laboratoriyaları ilə tanış olub. Daha sonra Ercan Korkmaz tərəfindən institut əməkdaşlarına şirkətin istehsal etdiyi sağım sistemləri, sürü idarəetmə sistemləri, LAKTOAK sağım başlıqları və digər kənd təsərrüfatı ləvazimatlarının təqdimatı keçirilib .
Bundan başqa, ekspert tərəfindən ölkəmiz üçün heyvandarlıq sahəsində tətbiq edilə biləcək innovativ həllər barədə məlumat verilib, mobil sağım və yuma sistemləri haqqında təqdimat materialları nümayiş etdirilib.

Teta Teknik Tarım LTD şirkətinin əməkdaşı Ercan Korkmaz ETİ-yə səfər edib.Teta Teknik Tarım LTD şirkətinin əməkdaşı Ercan Korkmaz ETİ-yə səfər edib.Teta Teknik Tarım LTD şirkətinin əməkdaşı Ercan Korkmaz ETİ-yə səfər edib.Teta Teknik Tarım LTD şirkətinin əməkdaşı Ercan Korkmaz ETİ-yə səfər edib.