Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib.

Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, HETİ-nin “Arıçılıq” Mərkəzi, Peşəkar Arıçılar Birliyi və Gəncə Arıçılar Birliyinin birgə təşkilatçılığı ilə 27.01.2023-cü il tarixində VIII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı tədbirləri çərçivəsində Litvadan dəvət olunmuş mütəxəssis, peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib.
Tədbirdə qərb regionundan olan arıçılar iştirak edib.
Master-klass zamanı Avropa arıçılığı, arıçılıqda məhsuldarlığın artırılması yolları, arı xəstəlikləri ilə mübarizə, Avropa təcrübəsinin ölkəmizdə tətbiqi kimi mövzularda təqdimatlar nümayiş edilib, sözügedən mövzular barədə ətraflı məlumat verilib.
Daha sonra peşəkar arıçı, bioloq İlqar Rəhimov respublikadakı mövcud arı xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri barədə geniş məlumat verib.
Sonra tədbirdə iştirak edən arıçıları maraqlandıran suallara cavab verilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir zamanı həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə arıçılığın sürətlə inkişaf etdirilməsi, yüksək məhsuldarlığın əldə edilməsi və s. mövzularda da geniş müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları sertifikatla təltif ediliblər.

Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib. Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib. Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib. Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib. Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib. Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib. Peşəkar arıçı Arvidas Moskevicus arıçılara master-klass keçib.