Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Türkiyənin "Lakto" Südçülük Texnologiyaları şirkəti ilə onlayn görüş keçirilib.

Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Türkiyənin "Lakto" Südçülük Texnologiyaları şirkəti ilə onlayn görüş keçirilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Türkiyənin "Lakto" Südçülük Texnologiyaları şirkəti ilə onlayn görüş keçirilib. Görüşdə Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları Cavanşir Təlai, Nigar Xıdırova və digərləri, həmçinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, eləcə də Aytən Əliyeva, Seymur Əsədzadə və Tural Abbasov iştirak ediblər. Görüş zamanı "Lakto" Südçülük Texnologiyaları şirkətinin nümayəndəsi Sumer Tomek şirkətin istehsal etdiyi kiçik təsərrüfatlar üçün portativ yuyula bilən sağım cihazları, səyyar süd sağım aparatları və digər cihazlar, onların tətbiqi, süd məhsuldarlığına təsiri barədə ətraflı məlumat verib, təqdimat nümayiş etdirib. Daha sonra Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "İri və xırdabuynuzlu heyvanların, quşların yetişdirilməsi" laboratoriyasının müdiri Tural Abbasov süd sağım cihazlarının üstünlükləri barədə suallar verib. Sonra Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bu tipli innovativ cihazların tətbiqinin təsərrüfatların ümumi məhsuldarlıq göstəricilərinin inkişafına müsbət təsirindən bəhs edib.

Görüşün sonunda qeyd edilib ki, ilin sonuna qədər keçiriləcək sərgidə, həmçinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda fermer və sahibkarların iştirakı ilə şirkətin məhsullarının təqdimatının keçirilməsi nəzərdə tutulur.

Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Türkiyənin "Lakto" Südçülük Texnologiyaları şirkəti ilə onlayn görüş keçirilib. Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Türkiyənin "Lakto" Südçülük Texnologiyaları şirkəti ilə onlayn görüş keçirilib. Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Türkiyənin "Lakto" Südçülük Texnologiyaları şirkəti ilə onlayn görüş keçirilib. Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Türkiyənin "Lakto" Südçülük Texnologiyaları şirkəti ilə onlayn görüş keçirilib. Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Türkiyənin "Lakto" Südçülük Texnologiyaları şirkəti ilə onlayn görüş keçirilib.