Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Noyabrın 3-də Göygöl rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Sonra Göygöl Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə “Yeni Azərbaycan Partiyası zəfərlərlə dolu 30 il” mövzusunda məruzə ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb. Vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib. Bu hadisənin özü xalqın ümummilli lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında 30 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd edib. Bildirib ki, bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq ulu öndər Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verdi: “YAP müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanda yaradıldı. Təsis edilməsinin 30-cu ildönümünü isə partiyamız ölkə tarixinin ən şanlı günlərində qeyd edir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar: “Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP-ın yaranma və inkişaf tarixindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, atılan uğurlu addımların nəticələri Azərbaycanın və partiyamızın həyatında özünü aydın şəkildə göstərir.
Tədbirdə həmçinin Göygöl Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri Sərdar Balayev, Yeni Qızılca kənd ərazi partiya təşkilatının sədri Ofelya Rəhimova çıxış edərək qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası daim tutduğu yola, fəaliyyəti üçün seçdiyi prinsiplərə sadiq olub, Partiyamızın Sədri, Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, partiyanın əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır. Bu gün inamla deyə bilərik YAP ümumxalq partiyasıdır. Bu partiya ümummilli lider Heydər Əliyevin şah əsəridir.
Sonda partiya quruculuğu işində uzun müddət fəaliyyət göstərən və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Göygöldə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.