Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.

Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.
Göygöl rayonu Mollacəlilli kəndində fəaliyyət göstərən Mübariz Əliyevin şəxsi fermer təsərrüfatında aparılan “Biotexnoloji üsullardan istifadə etməklə yeni heyvan genotiplərinin yaradılması və ontogenezin öyrənilməsi” mövzusu üzrə aparılan elmi tədqiqat işi ilə əlaqədər olaraq institutun “Elm şöbəsi”nin müdiri Yasin Gözəlov, institutun “Genetik tədqiqatlar və embrion transferi laboratoriyası”nın əməkdaşları Leyla Ələkbərova, Mahirə Qurbanova və Yusif Əliyev həmin obyektdə olublar. Təsərrüfatda süni mayalanma üsulundan istifadə etməklə Simmental qaramal cinsinin buğalarının toxumları ilə yerli qaramal cinsi mayalandırılır və yaxşılaşdırılma işi həyata keçirilir. Bu məqsədlə, yeni alınmış F2 nəsil mələz buzovlara baxış keçirilmiş, qeydiyyat aparılmış, onların inkişaf dinamikası öyrənilmişdir. Yeni doğulmuş buzovların bədən ölçüləri götürülmüş, nəticələr müqayisə edilmişdir. Təsərrüfatda yetişdirilən F2 nəsil mələz düyələr Simmental toxumları ilə mayalandırılmış, F3 nəsil mələz balaların alınması gözlənilir.

Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.Aparılan elmi işlə əlaqədər təsərrüfata baxış keçirilib.