“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.

“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.
13 oktyabr 2022-ci il tarixidə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, DeLaval şirkəti və “4S” MMC-nin birgə təşkilatçılığı ilə “Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib. İnteraktiv seminarda fermer və sahibkarlar, baytar həkimlər, heyvandarlıq mütəxəssisləri və Azərbaycan Dövlət Aqrar Universitetinin müvafiq sahələr üzrə təhsil alan tələbələri iştirak ediblər.

Seminarı giriş sözü ilə institutun direktoru Mahir Hacıyev açıb. O, qonaqları və seminar iştirakçılarını salamlayıb. Seminarın vacibliyi, müzakirə ediləcək mövzular barədə qısaca məlumat verib.

Daha sonra söz Rusiya Federasiyasından dəvət olunmuş mütəxəssislər – DeLaval şirkətinin konsultasiya qrupunun rəhbəri Rifat Sadikov və şirkətin regional satış meneceri Aleksandr Bezmelnitsinə verilib. Onlar cavan heyvanların yetişdirilməsi, yemləmə, sürü idarəetməsi (qruplar, meyarlar və s.), təsərrüfatın iqtisadi səmərəliliyinin artırılması və digər aktual mövzularda zəngin slayd materialları və məruzələrlə çıxış ediblər.

Seminar geniş diskussiya şəraitində davam edib.

“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.“Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda interaktiv seminar keçirilib.