Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə "Karvizyon-T" şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Karvizyon şirkətinin rəhbəri Özkan Saltıkın rəhbərlik etdiyi nümayəndə heyyəti Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda səfərdə olublar.Görüş zamanı İnstitutun direktoru Mahir Hacıyev qeyd edib ki, respublikamızda heyvandarlığın mövcud vəziyyətinin təhlil edilməsi və gələcək inkişaf perspertivlərinin müəyyən edilməsi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətidir. Bu məqsədlə, beynəlxalq təcrübənin öyrənilməsi, innovativ və biotexnoloji üsulların tətbiqi, məhsul istehsalı, emal texnologiyalarının səmərəliliyinin artırılması, mövcud heyvan, quş, arı və tut ipəkqurdu genofondunun qorunub saxlanması, yeni tip, xətt, krossların yaradılması, rəqabət qabiliyyətli məhsul istehsalı istiqamətində mütərəqqi texnologiyaların tətbiqi ilə sənaye heyvandarlığının, yemçilik və yemləmənin inkişafının elmi əsaslarının işlənməsi, xarici ölkələrdən gətirilmiş məhsuldar heyvan, quş və arı cinslərini yerli şəraitə adaptasiya olunması və xüsusiyyətlərinin öyrənilməsi, cinslərin düzgün rayonlaşdırılması məsələlərinin həlli yollarını müəyyən etməyi qarşıya məqsəd kimi qoymuşdur. Eyni zamanda, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu heyvandarlıq sektorunda fəaliyyət göstərən fermerlərin daim yanındadır, onlara xidmət edir və onları maraqlandıran mövzulara uyğun təlimlər keçir və xidmətlər göstərir.
Karvizyon Təlim və Tədris mərkəzinin icraçı direktoru Nahid Aslansoy çıxış edərək bildirmişdir ki mərkəz olaraq bir sıra dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Kənd təsərrüfatı sahəsində təlimlərin verilməsi, yerli təlimçilər bazasının formalaşdırılması istiqamətində işlər görülüb. Yerli toxum növlərindən Azər Türk toxum brendinin formalaşdırılmasına nail olunub. Fermerlərin daha tez Kənd təsərrüfatı sahəsində olan yenilikləri əldə etməsi üçün elektron platformaların yaradılması həyata keçirilir.Heyvandarlıq sahəsində görüləcək işlərin sürətləndirilməsi üçün birgə əməkdaşlıq fayda verəcək
Sonda qonaqlar Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun laboratoriyaları , maddi texniki bazası,təsərrüfatları və fermerlərə göstərilən xidmətləri barədə məlumatlandırılıb.

Əməkdaşlıq memorandumu imzalanıb
Əməkdaşlıq memorandumu imzalanıb
Əməkdaşlıq memorandumu imzalanıb
Əməkdaşlıq memorandumu imzalanıb
Əməkdaşlıq memorandumu imzalanıb
Əməkdaşlıq memorandumu imzalanıb