Arıçılqla bağlı təlim

Arıçılqla bağlı təlim
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun, Peşəkar Arıçılar Birliyinin və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Arıçılıq" Mərkəzinin birgə təşkilatçılığı ilə 18-19 aprel 2022-ci il tarixlərində arıçılıqla bağlı təlim kursu keçiriləcək. Təlim kursunda "arı ölümləri və onların səbəbləri", "nozema serena, virus xəstəlikləri və onlarla mübarizə üsulları" və "müalicə prosedurunda probiotiklərin rolu" mövzularına toxunulacaq. Təlim mövzuları Ankara Universitetinin elmi işçisi Dr. Sedat Sevin, "Arı Farma" şirkətinin müdiri Dr. Ertaç Tutkun və "Türkiyə Bioloqlar Dərnəyi"nin rəhbəri Dr. İhsan Soytemiz tərəfindən keçiləcək.