"Embrion transferi " layihəsi uğurla davam edir

Birləşmiş Millətlər Təşkilatının(BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan beynəlxalq mütəxəssis Bruna Alves Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda olub.
Cari ilin birinci rübündə HETİ-nin mütəxəssisləri tərəfindən hazırlanmış “Azərbaycanda Embrion Transferi Mərkəzi” adlı layihə hazırlanmış və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmiş və layihənin donor təşkilat kimi FAO ilə birgə işlənməsi qərara alınmışdır.HETİ-də layihə ilə bağlı işlərə başlanılmış “İribuynuzlu qaramalın embrionları” milli sdantart hazırlanaraq Azərbaycan Respublikasının Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə göndərilmiş eyni zamanda bu mövzuda elmi məqalələr hazırlanaraq yerli və beynəlxalq jurnallarda çap edilmişdir.
Görüş çərçivəsində layihə ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılib.Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru , dosent Mahir Hacıyev bildirilib ki, “Azərbaycan kənd təsərrüfatını prioritet inkişaf sahələrindən biri elan edib və hökümət kənd təsərrüfatı və maldarlıq sahələrinə investisiya qoyuluşunu təşviq edir. 2016-cı ildə Azərbaycan hökuməti ərzaq istehsalı və email üçün əlverişli mühit yaratmaq üçün 9 strateji hədəfi olan “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” Strateji Yol Xəritəsini hazırlamışdır. Sənəddə kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin tətbiqinə diqqət yetirilir.
Yüksək keyfiyyətli ət və süd məhsullarını təmin etmək üçün ölkədə heyvandarlıq məhsullarının keyfiyyətini artırmaq və iribuynuzlu damazlıq heyvanların cins tərkibini yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu vacib məqsədə nail olmaq üçün heyvanların yemlənməsi, cütləşdirilməsi və saxlanması praktikaları təkmilləşdirilməlidir.”
Qeyd etmək lazımdır ki, HETİ-tərəfindən hazırlanmış layihə çərçivəsində artıq Türkiyə, İsrail, Belarusiya da yerləşən Embrion transferi mərkəzləri ilə “Mütəxəssis hazırlığı” kurslarının təşkili ilə bağlı əməkdaşlıq müqavilələri bağlanmışdır. Bir neçə mütəxəssisin layihənin növbəti mərhələlərində kurs keçmələri üçün qeyd olunan ölkələrə göndərilməsi nəzərdə tutulub.
Xanım Bruna Alves HETİ-nin müasir laboratoriyaları və təsərrüfatları ilə tanışlıqdan məmnunluq duyduğunu bildirərək, burda embrion köçürmə mərkəzinin qurulması üçün bütün şəraitin olduğunu və layihə çərçivəsində görülən işləri müsbət qiymətləndiriyini qeyd edib.
"Embrion transferi " layihəsi uğurla davam edir
"Embrion transferi " layihəsi uğurla davam edir
"Embrion transferi " layihəsi uğurla davam edir"Embrion transferi " layihəsi uğurla davam edir"Embrion transferi " layihəsi uğurla davam edir
"Embrion transferi " layihəsi uğurla davam edir
"Embrion transferi " layihəsi uğurla davam edir