Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq edilir

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə “İnnovativ aqro fəaliyyətlər və qabaqcıl təcrübələr” üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.Müqaviləyə əsasən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təsirlənmiş ərazilərdən seçilmiş və dəstəyə ehtiyacl olan fermerlər HETİ-nin mütəxəssislərinin iştirakı ilə innovativ aqro-fəaliyyətlər və qabaqcıl təcrübələrlə tanış olacaqlar.Eyni zamanda HETİ-nin mütəxəssislərinin hazırladığı videokurs , təlimatlar da birbaşa fermerlərə öyrədiləcəkdir.
Qeyd olunan fəaliyyətlərin həyata keçirilməsi məqsədi və HETİ-də arıçılığın imkanlarının gücləndirilməsi,daha müasir tədqiqat aparılması üçün Avstraliya istehsalı , ekoloji təmiz “Bee flow” növündə 7 arı pətəyi HETİ-yə ianə edilib. İnstitutun mütəxəssisləri tərəfindən “Arıçılıq təsərrüfatında qabaqcıl təcrübələr” mövzusunda tədris proqramına uyğun video-kursun hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, “Bee flow” növündə arı pətəklərindən istifadə dünyada geniş yayılmasına baxmayaraq ölkəmizdə istifadəsi yenidir.