"Sabahın Kənd Təsərrüfatı" adlı yay məktəbi start götürür.

"Sabahın Kənd Təsərrüfatı" adlı yay məktəbi start götürür.
"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə "Sabahın Kənd Təsərrüfatı" adlı yay məktəbi start götürür.

Yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, qlobal iqlim dəyişikliyi, onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik və aqrar təhsil istiqamətləri barədə təlimlər və görüşlər həyata keçiriləcək.
Habelə respublikanın aparıcı aqrar sənaye şirkətlərinə, istirahət-əyləncə mərkəzlərinə səfərlər təşkil olunacaq.

Qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz.