AR KTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və İsrail dövlətinin “Alecon” şirkəti ilə birgə təcrübə proqramına start verilir.

AR KTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və İsrail dövlətinin “Alecon” şirkəti ilə birgə təcrübə proqramına start verilir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və İsrail dövlətinin “Alecon” şirkəti ilə birgə təcrübə proqramına start verilir. Təcrübə prossesinə 3 nəfər gənc mütəxəssisin cəlb oluması planlaşdırılır. Mütəxəssislərin seçimi müsabiqə və müsahibə yolu ilə keçiriləcəkdir. Müsahibədən uğurla keçmiş namizədlər İsrail Respublikasında təşkil olunacaq “Embrion transferi” təlimlərində nəzəri və praktiki biliklər əldə edəcək və həmin biliklərin Azərbaycanda tətbiqinə başlayacaq. Gənc mütəxəssislərlə müqavilə bağlanacaq və onlar işlə təmin olunacaqlar. Təcrübə proqramına uyğun olan namizədlər CV-lərini 31.07.2021 ci il tarixinədək info@heti.az elektorn poçt ünvanına göndərə bilər.
Namizədə dair tələblər:
Yaş: 23-35
Təhsil: Ali
İxtisas: Baytarlıq, Zoomühəndislik
Dil bilikləri: İngilis , Rus
Əlavə tələblər: Həqiqi hərbi xidmətdə olmuş, səyahət etmək iqtidarında olan, kompüter bilikləri, süni mayalanma üzrə iş təcrübəsi və biliklər.